Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin Aparatının rəhbəri Arayik Harutyunyan parlament komissiyalarının birgə iclasında 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, xərclər 22,5 milyard dram və ya nəzərdə tutulan göstəricinin 96 faizini təşkil edib ki, bu da 2024-cü ilin nəticələrinə uyğundur.
“İcra edilməyən hissə təxminən 4 faiz olub. Bu isə 2024-cü ilin göstəricisindən 906 milyon dram çoxdur”, - deyə Harutyunyan qeyd edib.
O bildirib ki, ictimai məlumatlandırma üçün büdcədə nəzərdə tutulan vəsaitlər 100 faiz icra olunaraq 728 milyon dram təşkil edib.
“2025-ci ildə Ermənistan Baş nazirinin səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi proqramı çərçivəsində 7,2 milyard dram xərclənib. Bu göstərici əvvəlki illə müqayisədə 9 faiz çoxdur. Hökumət iqamətgahlarının saxlanılması üçün ayrılmış vəsaitlər də tam həcmdə istifadə olunub”, - deyə Harutyunyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az