Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, ölənlər və yaralananlar var

2024/03/1710997958.jpg
Oxunub: 217     10:56     10 İyun 2026    
Son sutka ərzində Rusiyanın Ukraynanın Xarkov, Zaporojye və Sumı vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub, 26 nəfər yaralanıb.

Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri və hüquq-mühafizə orqanları məlumat verib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Rusiya qoşunları Xarkova və regionun 26 yaşayış məntəqəsinə zərbələr endirib. Hücumlar nəticəsində bir nəfər həlak olub, 15 nəfər, o cümlədən bir uşaq xəsarət alıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, sutka ərzində Rusiya qoşunları regionun 46 yaşayış məntəqəsinə 817 zərbə endirib. Kütləvi hücumlar nəticəsində 10 nəfər yaralanıb.

Ukrayna Milli Polisinin məlumatına görə, Sumı vilayətinin atəşə tutulması nəticəsində iki nəfər həlak olub, bir qadın yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Zərbə  


Bizi "telegram"da izləyin