Ordu.az xəbər verir ki, bu barədə “Taliban” hökumətinin sözçüsü Zabiullah Mücahid məlumat verib.
Onun sözlərinə görə, Pakistan hərbçiləri Əfqanıstanın Kunar, Xost və Pəktika əyalətlərində yerləşən yaşayış məntəqələrinə hava zərbələri endiriblər.
“Ötən gecə Pakistan hərbçiləri növbəti dəfə Əfqanıstanın hava məkanını pozaraq Kunar, Xost və Pəktika əyalətlərindəki yaşayış evlərini bombalayıblar”, - deyə Mücahid “X” sosial şəbəkəsində yazıb.
Sevinc Əliyeva
Ordu.az