Ordu.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı bəyanatda bildirilib.
Məlumata görə, zərbələrin hədəfi İsrailin cənubunda yerləşən “Nevatim” və Təl-Əviv yaxınlığında yerləşən “Tel Nof” aviabazaları olub.
İslam İnqilabı Keşikçiləri Korpusu əməliyyatın İsrailin addımlarına cavab olaraq həyata keçirildiyini vurğulayıb.
Qurumdan həmçinin bildirilib ki, İran ordusu növbəti əməliyyatlara hazırdır və qarşı tərəfin mümkün addımlarına cavab vermək üçün müxtəlif ssenarilər hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az