Lavrov: “Rusiya Fars körfəzində təhlükəsizliklə bağlı yenilənmiş konsepsiyasını təqdim edib”

2026/06/1780599407.jpg
Oxunub: 158     22:58     04 İyun 2026    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Fars körfəzi regionunda baş verən hadisələri ABŞ və İsrailin İrana qarşı hərəkətlərindən ayrı qiymətləndirmək olmaz.

Ordu.az xəbər verir ki, Lavrov bu barədə “RT Arabic” kanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, regionda mövcud gərginlik “ABŞ və İsrailin İrana qarşı təcavüzünün” nəticəsidir.

Rusiya XİN rəhbəri hesab edir ki, bu prosesin gizli nəticələrindən biri də regionda yaxınlaşma meyillərini pozmaq cəhdi olub.

“Bu avantürist addımın məqsədlərindən biri, buna heç bir şübhəm yoxdur ki, ərəb ölkələri ilə İran arasında münasibətlərin yaxınlaşması və normallaşması prosesinin qarşısını almaq idi”, - deyə Lavrov bildirib.

Nazir Fars körfəzi regionunda təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə bağlı Rusiyanın təşəbbüsünü də xatırladıb.

Lavrov qeyd edib ki, konsepsiya yenilənərək tərəfdaş ölkələrə göndərilib.

“Həm körfəz, həm də ona bitişik ərazilərin gələcəyi ilə bağlı müzakirələr çərçivəsində Rusiyanın Fars körfəzində təhlükəsizlik konsepsiyası mövcuddur. Biz onu yeniləmişik və Ərəb Dövlətləri Əməkdaşlıq Şurasındakı tərəfdaşlarımıza, eləcə də Tehrana göndərmişik. İndi cavabı gözləyəcəyik”, - deyə Lavrov vurğulayıb.

O əlavə edib ki, müvafiq addımlar son günlər ərzində həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya  


Bizi "telegram"da izləyin