Ordu.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.
Bildirilib ki, müvafiq xəbərdarlıqlar son həftələrdə ABŞ administrasiyasının nümayəndələrinə, o cümlədən Nazirlər Kabinetinin üzvlərinə göndərilib.
Neftçilərin narahatlığı Yaxın Şərqdən tədarüklərin dayanması fonunda bazarın getdikcə daha çox anbarlardakı neft və neft məhsullarından asılı vəziyyətə düşdüyünə dair qiymətləndirmələrlə bağlıdır.
Neft şirkətlərindən birinin rəhbərinin sözlərinə görə, xammal ehtiyatları artıq təhlükəli dərəcədə aşağı səviyyədədir. "Politico"nun mənbələri qiymət artımının artıq iyunun ikinci yarısında baş verə biləcəyini bildirirlər.
Bununla yanaşı, Ağ Evin nümayəndəsi nəşrə bildirib ki, onun mənbələrinin məlumatı həqiqəti əks etdirmir.
Ordu.az