Səudiyyə Ərəbistanının energetika naziri: “Bazar sabitləşməyənə qədər dünya enerji resurslarına çıxışı itirmək təhlükəsi ilə üzləşə bilər”

2026/06/1780638786.jpg
Oxunub: 200     09:54     05 İyun 2026    
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Al Səud qlobal enerji bazarında sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İran və İsrail arasında müharibənin yaratdığı iqtisadi nəticələrin davam etdiyi bir vaxtda çıxış edən nazir enerji bazarının daha da sabitləşdirilməsinin zəruriliyini qeyd edib.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Əbdüləziz bin Salman Al Səud enerji təhlükəsizliyinin dünya iqtisadiyyatı üçün həlledici əhəmiyyət daşıdığını bildirib.

Nazirin sözlərinə görə, mövcud vəziyyət bir daha göstərir ki, dünya enerji resurslarının hər bir hissəsinə ehtiyac duyur və enerji sektorunun sabitliyinin qorunması vacibdir.

“Hazırda yaşadığımız vəziyyət açıq şəkildə göstərir ki, dünya enerji resurslarının hər bir hissəsinə və enerji sektorunun sabitliyinin istənilən formasına ehtiyac duyur. Çünki enerji təhlükəsizliyi olmadan siz resurslara çıxışı və davamlı inkişaf imkanlarını itirəcəksiniz”, - deyə nazir bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı xarici sarsıntılara baxmayaraq strateji məqsədlərinə sadiq qalır və ölkə vətəndaşları üçün sabitliyi təmin etməyə davam edir.

“Biz belə bir vəziyyətə düşəcəyimizi gözləmirdik. Lakin bu, bizə dözümlülüyümüzü, imkanlarımızı və potensialımızı nümayiş etdirmək imkanı verdi”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Energetika   Enerji  


Bizi "telegram"da izləyin