Tramp “Fox News”u Karl Rovu efirdən uzaqlaşdırmağa çağırıb

2026/06/1780599312.jpg
Oxunub: 144     22:53     04 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edərək Ağ Evin keçmiş müşaviri Karl Rovu və “Fox News” televiziya kanalını sərt tənqid edib.

Ordu.az xəbər verir ki, Tramp onları uzun illər MAGA hərəkatını tənqid etməkdə günahlandırıb.

ABŞ Prezidenti paylaşımında Karl Rovun 11 il ərzində özü və MAGA hərəkatı ilə bağlı bütün qiymətləndirmələrində yanıldığını bildirib.

Trampın sözlərinə görə, Rov siyasi reallığı anlamayıb və heç vaxt da anlamayacaq.

“Fox News səriştəsiz və formal respublikaçı Karl Rovdan qurtulmalıdır. O, artıq 11 ildir ki, mən və MAGA barədə qiymətləndirmələrində yanılır. O, tamamilə sağalmaz və funksional olmayan ‘Tramp pozuntusu sindromu’ndan əziyyət çəkir. Karl Rovu dərhal təqaüdə göndərin. O, uğursuzdur və həmişə də belə qalacaq”, - deyə Tramp yazıb.

Qeyd edək ki, Karl Rov tanınmış respublikaçı siyasi strateqdir və əvvəllər ABŞ-nin keçmiş Prezidenti Corc Buşun administrasiyasında çalışıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin