Yaponiya PURL proqramı çərçivəsində Ukraynaya 14,6 milyon dollar ayırıb

2025/04/1744432159.jpg
Oxunub: 379     12:20     30 May 2026    
Yaponiya PURL proqramı çərçivəsində Ukraynaya 14,6 milyon dollar ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qurumun açıqlamasına görə, ayrılmış vəsait yalnız öldürücü olmayan avadanlıqların alınmasına yönəldiləcək.

“Yaponiya ədalətli və davamlı sülhə nail olunması məqsədilə Ukraynaya dəstəyini davam etdirəcək və Yaponiya-NATO əməkdaşlığını daha da gücləndirmək niyyətindədir”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, PURL Ukraynanın Prioritet Tələblər Siyahısı proqramıdır.

Bu proqram NATO üzvü olan ölkələrin ABŞ istehsalı silahları satın alaraq sonradan Ukraynaya təhvil verməsini nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   PURL   Ukrayna  


Bizi "telegram"da izləyin