Bu barədə
Ordu.az-a İƏT-dən məlumat verilib.
"Baş Katiblik İranın Bəhreyn Krallığına və Küveyt Dövlətinə qarşı onların suverenliyini pozan, növbəti dəfə Küveyt Beynəlxalq Hava Limanı da daxil olmaqla, bəzi mülki və mühüm obyektləri hədəf alan, bir nəfərin ölümü, digərlərinin yaralanması və bəzi mühüm obyektlərə ciddi ziyan dəyməsi ilə nəticələnən davamlı hücumlarını qətiyyətlə pisləyir", - məlumatda bildirilib.
Baş Katiblik bəyan edib ki, bu davamlı hücumlar beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulması deməkdir və regionda təhlükəsizlik və sabitliyin bərpasına yönəlmiş beynəlxalq səylərə xələl gətirə bilər.
Daha əvvəl məlum olmuşdu ki, Küveyt Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatı (PUA) hücumlarına görə fəaliyyətini dayandırıb. Terminala PUA-lar və ballistik raketlərlə endirilən zərbələr nəticəsində 1 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
Ordu.az