Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, TRIPP üzrə Ermənistan-ABŞ çərçivə sazişini imzalayıb.
Onun sözlərinə görə, bir neçə gün əvvəl sənəd Ermənistan tərəfdən özü, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio tərəfindən paraflanmışdı.
Mirzoyan qeyd edib ki, daha sonra Marko Rubio da sənədin altına imzasını atıb və sənəd Ermənistana göndərilib.
“Bundan sonra Ermənistan tərəfi də imza prosedurunu tamamlayıb və beləliklə, uzaqdan imzalanma prosesi yekunlaşıb. Saziş artıq ratifikasiya üçün hazır vəziyyətə gətirilib”, - deyə o qeyd edib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi daha əvvəl TRIPP layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin mətnini dərc etmişdi.
Alpər Mövludoğlu
Ordu.az