Tramp İran məsələsi üzrə iki saat davam edən görüşü qərarsız tərk edib

2026/05/1780114111.jpg
Oxunub: 430     08:07     30 May 2026    
ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma məsələsinə həsr olunmuş iki saatlıq görüşü heç bir qərar qəbul etmədən tərk edib.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri administrasiyanın yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın niyə qərar vermədiyi açıqlanmayıb.

ABŞ Prezidenti bundan əvvəl “Truth Social” sosial şəbəkəsində paylaşım edərək Ağ Evin Situasiya Otağında keçiriləcək görüş zamanı yekun qərar qəbul etməyi planlaşdırdığına işarə etmişdi.

Görüşdən öncə Tramp bildirirdi ki, atəşkəs rejiminin uzadılması ilə bağlı mümkün razılaşmaya İranın Hörmüz boğazını yenidən açması, heç vaxt nüvə bombası yaratmayacağına dair öhdəlik götürməsi və zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ tərəfindən çıxarılmasına icazə verməsi daxil ediləcək.

İran isə qeyd olunan şərtləri yerinə yetirməkdən dəfələrlə imtina edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin