Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də hökumətdə keçirilən brifinq zamanı Rusiya ilə gərgin münasibətlərlə bağlı suala cavabında deyib.
“Mənim Rusiya Prezidenti və Rusiya hökumətinin rəhbəri ilə etibarlı münasibətlərim formalaşıb”, - deyə Paşinyan bildirib.
Ermənistan Baş naziri qeyd edib ki, bu, aydınlaşdırılması tələb olunan məsələlərin ortaya çıxdığı ilk hal deyil.
“Kreml rəsmi şəkildə açıqlama verib ki, dəqiqləşdirilməli məsələlər var. Bəli, həmin məsələlər dəqiqləşdiriləcək. Mən əvvəllər də demişəm ki, Ermənistan-Rusiya münasibətləri transformasiya mərhələsindədir və mən bu transformasiyanı müsbət hesab edirəm”, - deyə Paşinyan vurğulayıb.
O qeyd edib ki, Ermənistan öz münasibətlərini diversifikasiya edəcək.
“Biz Ermənistanda Rusiyanın maraqlarına toxunmuruq”, - deyə Ermənistan hökumətinin başçısı bildirib.
Alpər Mövludoğlu
Ordu.az