Lavrov: “Paşinyan Ermənistanın zənginləşəcəyini düşünürsə, bunu təmin etsin”

2026/05/1779972473.jpg
Oxunub: 327     16:42     28 May 2026    
“Əgər Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin “zənginləşməsi” ilə bağlı planlardan danışırsa, bunu təmin etməlidir”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vesti” informasiya sisteminə müsahibəsində bildirib.

Xatırladaq ki, bir gün əvvəl Paşinyan Rusiyayla münasibətlərin pisləşməsi halında Ermənistanın yüksək xammal qiymətlərindən qorxmadığını demişdi.

Paşinyan qeyd etmişdi ki, Ermənistan zənginləşməyi planlaşdırır.

“Məsələn, Ermənistanı yüksək qiymətlərlə hədələmək məntiqsizdir. Çünki yüksək qiymətlərə qarşı bir cavab var, bizim daha çox pulumuz olacaq və bu bizə baha görünməyəcək. Bu gün Ermənistan “Sülh kəsişməsi”nə çevrilir. Bu isə o deməkdir ki, Ermənistan minlərin və milyonların deyil, milyardların və trilyonların ölkəsinə çevriləcək”, - deyə Paşinyan Qarnidə keçirilən seçki kampaniyası zamanı bildirmişdi.

Lavrov isə Paşinyanın açıqlamalarını şərh etmək istəmədiyini bildirib.

“Mən Ermənistan rəhbərinin bəyanatlarını şərh edə bilmərəm. Əgər o hesab edirsə ki, ölkə zənginləşəcək, qoy bunu təmin etsin”, - deyə Lavrov vurğulayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Ermənistan Avropa İttifaqına qoşularsa, Rusiya qaz, neft məhsulları və almaz tədarükü ilə bağlı sazişlərin ləğv edilə biləcəyi barədə İrəvana xəbərdarlıq edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin