Ordu.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Sergey Tsivilyov jurnalistlərə açıqlamasında bildirib.
“Əlbəttə, Avropada həmin qazın qiyməti bir neçə dəfə yüksəkdir. Buna görə də bu məktubun mahiyyəti ondan ibarətdir ki, qanun qəbul ediləndən sonra, təbii ki, referendum keçiriləcək. Ermənistan xalqı isə bizim üçün qardaş xalqdır. Məhz buna görə də həmkarıma yazdım ki, hamı əvvəlcədən hadisələrin gələcəkdə necə inkişaf edəcəyini bilsin. Əgər onlar Avrasiya İqtisadi Birliyindən Avropa İttifaqına keçsələr, biz onlara qazı indiki qiymətlərlə tədarük edə bilməyəcəyik”, - deyə Tsivilyov bildirib.
Rusiyalı nazir əlavə edib ki, Ermənistan xalqı qərar qəbul edərkən bu iqtisadi faktorları nəzərə almalıdır.
Tsivilyov vurğulayıb ki, məktubun yeganə məqsədi də məhz bu olub, çünki Rusiya Ermənistan xalqına həmişə qardaş xalq kimi yanaşıb.
Alpər Mövludoğlu
Ordu.az