Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də jurnalistlərlə görüşü zamanı bildirib.
Paşinyan sual verib ki, Artur Osipyan harada döyüşüb ki, indi Qarabağ məsələsini gündəmə gətirir?
“O, müharibə vaxtı harada idi? O və “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) saxta elitasının digər nümayəndələri şəxsən ölmüş şəxslərin ailələrindən üzr istəməlidirlər”, - deyə Ermənstan Baş naziri bildirib.
Paşinyan qeyd edib ki, həmin şəxslər bu prosesi davam etdirmək və Ermənistanı yenidən münaqişə uçurumuna sürükləmək istəyirlər.
Ermənistan Baş naziri həmçinin iddia edib ki, “Qarabağ”ın saxta elitası erməniləri əvvəl Qarabağda, indi isə Ermənistanda girov saxlayır.
Onun sözlərinə görə, həmin şəxslər Ermənistan vətəndaşlığı almır və başqalarını da eyni şəkildə davranmağa çağırırlar.
Xatırladaq ki, erməni siyasətçi Artur Osipyan İrəvanda seçki kampaniyası zamanı Nikol Paşinyanla yaşanan mübahisədən sonra saxlanılmışdı.
İstintaq hesab edir ki, Osipyan sosial şəbəkələrdə Paşinyana qarşı zorakılığa çağırışlar olan materiallar yayıb və onun seçki kampaniyasına mane olmağa çalışıb.
Bir neçə maddə üzrə, o cümlədən xuliqanlıq və təşviqatın qarşısının alınması faktları ilə bağlı cinayət işləri açılıb.
Osipyan aclıq aksiyasına başladığını və Paşinyan üzr istəyəcəyi təqdirdə aksiyanı dayandırmağa hazır olduğunu bildirib.
Alpər Mövludoğlu
Ordu.az