Paşinyan: “Qarabağ psevdoelitası”nın onlarla və yüzlərlə evini bir-bir əllərindən alacağıq”

2026/05/1779970120.jpg
Oxunub: 459     16:07     28 May 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda “Qarabağ psevdoelitası”nın Ermənistandakı əmlak siyahılarının dərc ediləcəyini bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə mayın 28-də bayram paradından sonra jurnalistlərlə keçirilən brifinqdə danışıb.

Paşinyan qeyd edib ki, həmin şəxslər Qarabağdan köç etmiş şəxslərin Ermənistanda məskunlaşmasına mane olurlar.

“Onlar Qarabağda insanları girov saxlayırdılar, indi isə “Qarabağdan olan bacı və qardaşlarımızı” (Qarabağdan könüllü şəkildə köç etmiş şəxslər-red.) Ermənistanda girov saxlamaq istəyirlər. Belə şey olmayacaq”, - deyə Paşinyan bildirib.

Ermənistan Baş naziri vurğulayıb ki, həmin şəxslər izahat verməlidirlər və qanunsuz əmlakın müsadirəsi sistemi vasitəsilə onların onlarla və yüzlərlə evi bir-bir əllərindən alınacaq.

“Bu, yaxın vaxtlarda mütləq baş verəcək və mən bunun üçün erməni xalqından mandat istəyirəm. Həmin “psevdoelita”nın nümayəndələri erməni xalqı qarşısında hələ cavab verməlidirlər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin