Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, “Eagle Verona” adlı iri neft tankeri Oman körfəzindən Ərəb dənizinə daxil olub və Çinə təxminən 2 milyon barel İraq nefti daşıyır.
“Equasis” dəniz məlumat bazasına əsasən, gəmi Sinqapurda qeydiyyatdan keçmiş Malayziyanın “AET Inc PTE Ltd” şirkətinə məxsusdur.
Şirkət öz növbəsində PETRONAS qrupuna daxil olan MISC qrupunun tərkibində fəaliyyət göstərir.
Bildirilir ki, MISC və “AET” şirkətlərinin Sinqapurda eyni ünvanı var.
Sevinc Əliyeva
Ordu.az