Tehran məhkəməsi 4 nəfərə ölüm hökmü çıxarıb

2026/05/1779686033.jpg
Oxunub: 328     09:14     25 May 2026    
Tehran İnqilab Məhkəməsi Arman Aliverdinin ölümü ilə bağlı iş üzrə qərar qəbul edib və əsas dörd təqsirləndirilən şəxsi “yer üzündə fitnə-fəsad yaymaq” ittihamı ilə ölüm cəzasına məhkum edib.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

İş materiallarına əsasən, ümumilikdə doqquz nəfər təqsirləndirilən şəxs qismində keçib.

Onlar ölümə səbəb olan döyülmədə iştirak, iğtişaşlarda iştirak, “Molotov kokteyli” yayılması, əldəqayırma partlayıcı qurğuların hazırlanması, eləcə də anti-dövlət təbliğatı və ölkənin təhlükəsizliyinə qarşı fəaliyyətlərdə ittiham olunublar.

Məhkəmənin qərarında qeyd olunub ki, təqsirləndirilən şəxslərin bir qismi istintaqın versiyasına görə bıçaqlardan istifadə edib, təpik zərbələri endirib, elektroşoker və iti əşyalardan yararlanıb.

Bu əməllər ölümə səbəb olan hücumda birbaşa iştirak kimi qiymətləndirilib. Məhkəmə həmçinin bildirib ki, təqsirləndirilən şəxslərin hərəkətləri təşkilatlanmış xarakter daşıyıb və ictimai asayişin, təhlükəsizliyin pozulmasına yönəlib.

Digər beş nəfər isə anti-dövlət fəaliyyətində iştirak, o cümlədən “daxili təhlükəsizliyə qarşı sui-qəsd və birləşmə” və sistem əleyhinə təbliğatda təqsirli bilinib.

Onlara 1 ildən 5 ilədək həbs cəzası və əlavə sanksiyalar tətbiq olunub. Tərəflər hökmü Ali Məhkəmədə şikayət edə bilərlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   İran  


Bizi "telegram"da izləyin