"ABŞ İranla razılaşmanın yaxın günlərdə təsdiqlənməsini gözləyir" - Ravid

2026/05/1779650639.jpg
Oxunub: 340     21:38     24 May 2026    
Vaşinqton administrasiyası İran tərəfinin bir neçə gün ərzində sülh haqqında razılaşmanı təsdiqləyəcəyini gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə israilli jurnalist Barak Ravid məlumat yayıb.

O, "X" sosial şəbəkə hesabındakı paylaşımında ABŞ administrasiyasındakı mənbəyə istinadən bildirib ki, tərəflər bir sıra detallar üzrə hələlik razılığa gəlmədikləri üçün İranla razılaşma bu gün imzalanmayacaq.

"Sövdələşmənin bəzi elementləri üzrə danışıqlar hələ də davam edir", - jurnalist qeyd edib.

Onun sözlərinə görə, amerikalı rəsmi bəzi məsələlərin ABŞ, digərlərinin isə İran üçün vacib olduğunu bildirib.

Ravid əlavə edib ki, ABŞ bir neçə gün ərzində bütün lazımi məsələlərin təsdiqlənməsini gözləyir.

Mənbənin məlumatına görə, İranın Ali lideri Müctəba Xamenei razılaşma mətninin əsas hissəsini təsdiqləyib, bəzi bəndlər isə müzakirə üçün açıq saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ravid   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin