Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
Netanyahu bildirib ki, Ağ Evdə indiyə qədər olmuş İsrailin ən yaxşı dostu prezident Donald Trampın təhlükəsiz olmasına və hücum edən şəxsin əlavə zərər yetirmədən zərərsizləşdirilməsinə sevindiyini qeyd edib.
İsrail hökumət başçısı əlavə edib ki, siyasi zorakılıq, o cümlədən Trampa qarşı təkrar sui-qəsd cəhdləri hamı tərəfindən birmənalı və qətiyyətlə pislənməlidir.
Xatırladaq ki, bir neçə saat əvvəl 21 yaşlı Nasir Best Ağ Ev yaxınlığında ABŞ Məxfi Xidmətinin keçid məntəqəsində atəş açmışdı. Best güllələnərək öldürülüb.
Mənbənin məlumatına görə, o, hələ 2025-ci ilin iyulunda Ağ Evə daxil olmağa çalışarkən Məxfi Xidmətlə qarşıdurma yaşamış, saxlanılmış və psixi sağlamlıq problemlərinə görə psixiatriya şöbəsinə yerləşdirilmişdi.
Bununla belə, nə Amerika KİV-i, nə də Donald Tramp şəxsən baş verənləri ABŞ prezidentinə qarşı sui-qəsd cəhdi adlandırıb.
Sevinc Əliyeva
Ordu.az