İran “Axios”un ABŞ-İran sülh sazişinin məzmunu ilə bağlı məlumatını təkzib edib

2026/04/1775898592.jpg
Oxunub: 418     21:23     24 May 2026    
İranın “Mehr” agentliyinə danışan məlumatlı mənbə “Axios” nəşrinin İran və ABŞ arasında təklif olunan sazişin məzmunu ilə bağlı yaydığı məlumatı təkzib edib.

Ordu.az “Mehr”ə istinadən xəbər verir ki, mənbə bunu ABŞ mövqeyinin əksi adlandırıb.

Onun sözlərinə görə, yayılan iddialar yalnız ABŞ tərəfinin baxışını əks etdirir və İran tərəfindən təsdiqlənə bilməz.

“Axios” daha əvvəl yazmışdı ki, təklif olunan saziş tərəflər arasında atəşkəs rejiminin 60 gün uzadılmasını, Hörmüz boğazının tranzit ödənişi olmadan yenidən fəaliyyətə başlamasını və İranın boğazdakı dəniz minalarını təmizləməsini nəzərdə tutur.

Tehrandakı mənbə bu detalları rədd edib və onların İranın mövqeyini əks etdirmədiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin