Starmer: “Hörmüz boğazını yenidən açacaq saziş görməliyik”

2026/04/1777402005.jpg
Oxunub: 373     19:29     24 May 2026    
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ ilə İran arasında razılaşmaya doğru irəliləyişi alqışlayıb.

Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

Starmer bildirib ki, münaqişəyə son qoyacaq və Hörmüz boğazını qeyd-şərtsiz və məhdudiyyətsiz naviqasiya azadlığı ilə yenidən açacaq sazişə ehtiyac var.

Onun sözlərinə görə, İrana heç vaxt nüvə silahı yaratmağa imkan verilməməsi həyati əhəmiyyət daşıyır.

Britaniya Baş naziri vurğulayıb ki, hökuməti bu münaqişənin nəticələrindən Britaniya xalqını qorumaq üçün əlindən gələni etməyə davam edəcək.

Starmer əlavə edib ki, London beynəlxalq tərəfdaşlarla birlikdə bu andan istifadə edərək uzunmüddətli diplomatik tənzimləməyə nail olmaq üçün işləyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Hörmüz  


Bizi "telegram"da izləyin