Ordu.az xəbər verir ki, bu barədə Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.
Kallas bildirib ki, Rusiya döyüş meydanında çıxılmaz vəziyyətə düşdüyü üçün şəhər mərkəzlərini hədəf almaqla qəsdən zərbələr endirərək Ukraynanı terrora məruz qoyur.
Onun sözlərinə görə, bunlar mümkün qədər çox mülki şəxsi öldürməyə yönəlmiş iyrənc terror aktlarıdır.
Aİ rəsmisi qeyd edib ki, məlumatlara görə, Moskva nüvə başlıqları daşımaq üçün nəzərdə tutulmuş orta mənzilli “Oreshnik” ballistik raket sistemlərindən istifadə etməklə siyasi qorxutma taktikası yürüdür və müharibə həddində düşüncəsiz tarazlıq oyunu aparır.
Kallas əlavə edib ki, gələn həftə Aİ xarici işlər nazirləri Rusiyaya qarşı beynəlxalq təzyiqi necə artırmağı müzakirə edəcəklər.
Sevinc Əliyeva
Ordu.az