ABŞ dövlət katibi yaxın saatlarda İran məsələsi ilə bağlı dünyanı yaxşı xəbərlərin gözlədiyini deyib

2025/10/1761307640.jpg
Oxunub: 457     12:41     24 May 2026    
ABŞ dövlət katibi Marko Rubio Hindistana diplomatik səfəri çərçivəsində Nyu-Dehlidə jurnalistlərlə söhbətində bildirib ki, yaxın saatlarda İranla razılaşma məsələsi üzrə dünya “yaxşı xəbərlər” ala bilər.

Ordu.az “The Guardian”a istinadən xəbər verir ki, Rubio bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Mən həqiqətən düşünürəm ki, ola bilsin, yaxın bir neçə saat ərzində dünya yaxşı xəbərlər alsın”, - deyə ABŞ dövlət katibi bildirib.

O əlavə edib ki, İranla sülh danışıqlarında “əhəmiyyətli” irəliləyiş əldə olunub, lakin bunun “yekun irəliləyiş” olmadığını da vurğulayıb.

Rubio bir daha bəyan edib ki, İran heç vaxt nüvə silahına sahib ola bilməz.

O həmçinin qeyd edib ki, Hörmüz boğazı qlobal dəniz naviqasiyası üçün açıq olmalıdır və Tehran təhlükəsiz keçidə görə ödəniş tələb etməməlidir.

ABŞ dövlət katibinin sözlərinə görə, son 48 saat ərzində Vaşinqton Fars körfəzi regionundakı tərəfdaşları ilə bir plan üzərində işləyərək müəyyən irəliləyiş əldə edib.

Rubio bildirib ki, bu plan uğurlu olarsa, təkcə boğazın tam açılmasını təmin etməyəcək, eyni zamanda İranın nüvə silahı yaratmaq ambisiyalarının əsasını təşkil edən bir sıra vacib məsələləri də həll edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   İran   ABŞ  


Bizi "telegram"da izləyin