Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Şərif bildirib ki, Trampı həmçinin Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Misir, BƏƏ, İordaniya və Pakistan liderləri ilə keçirdiyi çox faydalı və səmərəli telefon danışığı münasibətilə də təbrik edir.
Onun sözlərinə görə, həmin telefon danışığında Pakistanı feldmarşal Seyid Asim Munir təmsil edib.
Pakistan Baş naziri qeyd edib ki, Asim Munirin bütün proses boyu yorulmaz səylərini yüksək qiymətləndirir.
Şərif vurğulayıb ki, müzakirələr regiondakı cari vəziyyət və sülhməramlı səylərin necə irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün faydalı imkan yaradıb.
Onun sözlərinə görə, Pakistan bölgədə dayanıqlı sülhün bərqərar olunması üçün sülhə yönəlmiş səylərini maksimum səmimiyyətlə davam etdirəcək.
Şərif əlavə edib ki, İslamabad yaxın vaxtlarda danışıqların növbəti mərhələsinin keçirilməsinə ümid edir.
Xatırladaq ki, Tramp daha əvvəl İranla sülh sazişi barədə məlumat vermiş və bildirmişdi ki, sənəd böyük ölçüdə razılaşdırılıb. Onun sözlərinə görə, həmin razılaşmanın maddələrindən biri Hörmüz boğazının açılmasıdır.
Sevinc Əliyeva
Ordu.az