Ordu.az xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko "Telegram" kanalında bildirib.
"Düşmənin paytaxta kütləvi hücumu nəticəsində həlak olanların sayı ikiyə çatıb. 56 nəfər xəsarət alıb. Həkimlər onlardan 28 yaralını, o cümlədən iki uşağı (orta ağır vəziyyətdə) xəstəxanaya yerləşdiriblər. Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır", - o yazıb.
Onun sözlərinə görə, paytaxtın bir sıra rayonlarında yanğınlar qeydə alınıb. Xilasedicilər zərbələrin fəsadlarını aradan qaldırmağa davam edirlər.
Ordu.az