Ağ Evin yoxlama məntəqəsi yaxınlığında atəş açan şəxs xəstəxanada ölüb

2026/05/1779598520.jpg
Oxunub: 484     05:42     24 May 2026    
Ağ Evin yoxlama məntəqəsi yaxınlığında atəş açan şübhəli şəxs ABŞ Gizli Xidmət əməkdaşlarının cavab atəşindən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ordu.az xəbər verir ki, bu barədə "CNN" Gizli Xidmət sözçüsünə istinadən məlumat yayıb.

Hadisə şənbə günü axşam baş verib. Naməlum hücumçu Ağ Evin yoxlama məntəqəsinə yaxınlaşıb və atəş açmağa başlayıb. Gizli Xidmət əməkdaşları cavab atəşi açaraq hücumçunu yaralayıblar. O, daha sonra xəstəxanada ölüb.

Gizli Xidmət sözçüsü atışma zamanı bir nəfərin yaralandığını və qurumun zabitlərinin xəsarət almadığını deyib.

ABŞ Prezidenti Donald Tramp hadisə zamanı öz iqamətgahında olub və hadisədən təsirlənməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   ABŞ  


Bizi "telegram"da izləyin