Kolumbiyanın sağçı prezidentliyə namizədi sorğuda liderlik edir

2026/05/1779598435.jpg
Oxunub: 347     04:48     24 May 2026    
Kolumbiyada sağçı prezidentliyə namizəd Abelardo de la Espriella seçkilərin birinci turu ərəfəsində mövqelərini nəzərəçarpacaq dərəcədə möhkəmləndirib.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Mayın 31-dəki səsvermə ərəfəsində "AtlasIntel"in son sorğusuna əsasən, hakim partiyanın namizədi İvan Sepeda 38,7%, de la Espriella isə 37,3% səs toplayır.

Bununla belə, sosioloqların proqnozuna görə, ikinci turda de la Espriella 41,3%-ə qarşı 50% nəticə ilə Sepedanı geridə qoya bilər.

Tədqiqat 18-21 may tarixlərində 4 531 respondent arasında aparılıb. Bir həftə ərzində de la Espriellanın reytinqi 4 faiz bəndi, Sepedaya dəstək isə 1 bənd artıb.

Sağçı "Centro Democratico" partiyasının namizədi Paloma Valensiya 14,3% səs toplayır. "AtlasIntel"in məlumatına görə, ikinci turda o da Sepedanı üstələyə bilərdi - 41,5%-ə qarşı 44,6%.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Espriella  


Bizi "telegram"da izləyin