"CBS": Tramp Körfəz liderləri ilə İran məsələsini müzakirə edəcək

2026/05/1779294389.jpg
Oxunub: 448     01:48     24 May 2026    
ABŞ Prezidenti Donald Tramp mayın 23-də Fars körfəzi dövlətlərinin liderləri ilə görüş keçirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə "CBS" televiziya kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məsləhətləşmələr videokonfrans vasitəsilə keçiriləcək.

Daha əvvəl, "Axios"a verdiyi müsahibədə Tramp İranla razılığa gəlmək və ya hərbi əməliyyatların bərpası şanslarının 50-50 olduğunu bildirib.

O, əlavə edib ki, mayın 23-də danışıqlar qrupu ilə görüş keçirmək və mayın 24-də İranla hərbi əməliyyatların bərpası ilə bağlı qərar qəbul etmək niyyətindədir.

"CBS"yə verdiyi müsahibədə ABŞ lideri Vaşinqton və Tehran arasında saziş layihəsinin artıq hazır olduğunu bildirsə də, onu təsdiqləyib-təsdiqləmədiyini açıqlamayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Körfəz  


Bizi "telegram"da izləyin