ABŞ hərbçiləri sanksiya altında olan yük gəmisini ələ keçirib - VİDEO+FOTO

2026/06/1780664744.jpg
Oxunub: 250     16:25     05 İyun 2026    
ABŞ qüvvələri Hind okeanında, ABŞ-nin Hind-Sakit Okean Komandanlığının (INDOPACOM) məsuliyyət zonasında yerləşən, sanksiyalara məruz qalmış və heç bir dövlətin bayrağı altında üzməyən “MT DAVINA” gəmisini saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyinin rəsmi X səhifəsində məlumat yayılıb.

Məlumata görə, hərbçilər gəminin göyərtəsinə enərək, beynəlxalq hüquqa uyğun olaraq gəmidə yoxlama aparıb.

“Biz qanunsuz şəbəkələrin fəaliyyətini pozmaq və harada fəaliyyət göstərməsindən asılı olmayaraq, İrana maddi dəstək verən gəmilərin qarşısını almaq məqsədilə qlobal dəniz nəzarəti tədbirlərini davam etdirəcəyik”,-deyə Pentaqonun məlumatında qeyd edilir. .

Müharibə Nazirliyi vurğulayır ki, dəniz məkanında qanunsuz fəaliyyət göstərən şəxsləri və onlara məxsus gəmiləri hərəkət sərbəstliyindən məhrum etmək istiqamətində fəaliyyətini davam etdirəcək.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gəmi  


Bizi "telegram"da izləyin