Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, məlumatlı mənbə “Al-Arabiya” telekanalının İranın 3,6 faizdən yuxarı uran zənginləşdirilməsini 10 il müddətinə dayandırmağı təklif etdiyi barədə yaydığı xəbərin tamamilə yanlış olduğunu bildirib.
Mənbə qeyd edib ki, hazırkı mərhələdə danışıqların əsas diqqət mərkəzində yalnız “müharibənin dayandırılması” məsələsi dayanır. “Nüvə məsələsi ilə bağlı heç bir detallı müzakirə aparılmır”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.
Məlumat Pakistan nümayəndə heyətinin Tehranı tərk etməsindən sonra yayılıb. Pakistan ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi, feldmarşal Asim Munir Tehranda İran Prezidenti Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ilə yüksək səviyyəli görüşlər keçirib.
Tərəflər regionda gərginliyin artmasının qarşısını almağa və İran əleyhinə ABŞ-İsrail müharibəsinin dayandırılmasına yönəlmiş diplomatik təşəbbüsləri müzakirə ediblər.
Görüşlərdə Qərbi Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin regional dialoq və diplomatiya vasitəsilə gücləndirilməsinin vacibliyi də vurğulanıb. Qeyd olunub ki, feldmarşal Munirin Tehrana bu səfəri son dövrdə həyata keçirdiyi ikinci səfər olub.
Sevinc Əliyeva
Ordu.az