Ordu.az xəbər verir ki, Tramp bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.
“Vəziyyət hər gün daha da yaxşılaşır”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp qeyd edib ki, İranla mümkün razılaşma çərçivəsində zənginləşdirilmiş uranla bağlı “müvafiq yanaşma” təmin olunacaq. Lakin o, detalları açıqlamayıb.
“İstədiyimiz hər şeyi əldə etdikdən sonra sazişi imzalayacağam”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az