Pakistan ordusunun komandanı İran Prezidenti və parlament sədri ilə görüşüb

2026/05/1779546943.jpg
Oxunub: 318     18:33     23 May 2026    
Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqir Qalibaf ilə danışıqlar aparıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İran mediasının məlumatına görə, görüşlər bölgədə müharibənin dayandırılmasına yönəlmiş aktiv diplomatik səylər çərçivəsində keçirilib.

Bundan əvvəl mətbuatda Qətər nümayəndə heyətinin də bölgədə müharibənin dayandırılması ilə bağlı təşəbbüslər çərçivəsində Tehrana gəldiyi barədə xəbərlər yayılmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran  


Bizi "telegram"da izləyin