Armen Aşotyanın həbsi üçün məhkəməyə müraciət edilib

2026/06/1780666026.jpg
Oxunub: 196     17:26     05 İyun 2026    
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi istənilib.

Ordu.az xəbər verir ki, bu barədə Aşotyanın vəkili Tiqran Atanesyan bildirib.

Onun sözlərinə görə, Armen Aşotyanın həbs olunması ilə bağlı vəsatətə Ermənistanın Antikorrupsiya Məhkəməsinin hakimi Aram Qriqoryan baxacaq.

Erməni vəkil bildirib ki, məhkəmə iclasının bir neçə saat sonra keçirilməsi planlaşdırılır və dəqiq vaxt barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Armen Aşotyan 2026-cı il iyunun 5-i səhər saatlarında saxlanılıb. Ermənistan İstintaq Komitəsi onun və bir qrup şəxsin saxlanılmasının səbəbləri ilə bağlı açıqlama yayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşotyan   Ermənistan  


Bizi "telegram"da izləyin