Ukrayna Rusiyada neft terminalı və bazasına hücum edib

2025/10/1759493756.jpg
Oxunub: 364     17:14     23 May 2026    
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri mayın 23-nə keçən gecə Rusiyada bir sıra mühüm obyektlərə, xüsusilə Krasnodar diyarındakı "Şesxaris" neft terminalına zərbələr endirib.

Ordu.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

"2026-cı il mayın 23-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri bir sıra mühüm obyektlərə zərbələr endirib. Xüsusilə "Şesxaris" neft terminalı (RF, Krasnodar diyarı, Novorossiysk) vurulub – terminalın ərazisində yanğının baş verdiyi təsdiqlənib. Novorossiysk yaxınlığında "Qruşevaya" tranzit neft bazası da vurulub – obyektin ərazisində yanğın qeydə alınıb", – məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin