Rosio Lombera Qonsales: "Bakıdakı WUF13 forumu möhtəşəm idi"

2026/05/vcbcv-1779457714.jpg
Oxunub: 233     17:14     22 May 2026    
Meksika hökuməti Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir.

Ordu.az xəbər verir ki, bu barədə Mexikonun beynəlxalq məsələlər üzrə baş əlaqələndiricisi Rosio Lombera Qonsales bağlanış mərasimində bildirib.

"Mexiko hökuməti və Meksika nümayəndə heyəti adından WUF13-ün təşkili münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Bakı bizi böyük səxavət, əzəmət və heyranedici qətiyyətlə qarşıladı", - o qeyd edib.

R.Qonsales əlavə edib ki, WUF13-ün keçirilməsi üçün göstərilən səylər xüsusi təqdirə layiqdir.

"Bu asan deyildi, lakin yenə də forumu yüksək səviyyədə keçirməyə nail oldunuz. Forum möhtəşəm idi. Təşəkkürlər, Azərbaycan", - o bildirib və Azərbaycan dilində "Çox sağ ol" əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qonsales   Bakı   WUF13  


Bizi "telegram"da izləyin