Overçuk: “Heç kim Ermənistanın AİB-dən çıxmasını istəmir”

2026/05/1779456451.jpg
Oxunub: 341     17:18     22 May 2026    
“Ermənistan rəhbərliyi də Avrasiya İqtisadi Birliyindən çıxmaq istəmədiyini bəyan edir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Aleksey Overçuk “Vesti” telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, mövcud vəziyyət olduqca qeyri-adi xarakter daşıyır.

“Bilirsiniz, vəziyyət bir qədər qəribə və qeyri-standartdır, çünki heç kim Ermənistanın AİB-dən çıxmasını istəmir və Ermənistan rəhbərliyi də belə niyyətlərinin olmadığını bildirir”, - deyə Overçuk vurğulayıb.

Baş nazir müavini əlavə edib ki, Rusiya Ermənistanın birlikdə qalmasının tərəfdarıdır və ölkənin AİB-də olduğu dövrdəki kimi inkişaf etməsini istəyir.

“Biz Ermənistanın birlik daxilində qalmasını, çiçəklənməsini və son illərdə AİB çərçivəsində nümayiş etdirdiyi inkişaf tempini davam etdirməsini istəyirik”, - deyə o bildirib.

Qeyd edək ki, mayın 9-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın mümkün qədər tez Aİ və ya AİB ilə bağlı qərar verməli olduğunu bildirmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan   AİB  


Bizi "telegram"da izləyin