BMT rəsmisi: "WUF13 kritik dərəcədə mühüm bir dövrdə keçirilib"

2026/05/sdfsd-1779451783.jpg
Oxunub: 213     15:38     22 May 2026    
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kritik dərəcədə mühüm bir dövrdə keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Mohammed WUF13-ün bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, forumun iş günləri ərzində dünyanın 176 ölkəsindən 50 mindən çox iştirakçı - həm əyani, həm də virtual formatda - bir araya gəldi. Onların hamısı vahid bir məqsəd naminə toplaşıblar: insanı bütün urbanistik qərarların mərkəzinə qoyaraq, şəhər və kənd ərazilərinin layiqli, dayanıqlı və qarşılıqlı əlaqəli gələcəyini layihələndirmək.

"Biz Davamlı İnkişaf Məqsədlərinə nail olma prosesini əhəmiyyətli dərəcədə sürətləndirmək üçün 2030-cu ilə qədər qalan vaxtdan maksimum səmərəli istifadə etməyə borcluyuq. Bunun üçün dünya ictimaiyyətinə şəhərlərimizin gələcəyini qurmağa, bərpa etməyə və tamamilə yenidən nəzərdən keçirməyə qadir olan maliyyələşmə, investisiyalar və miqyaslana bilən layihələr tələb olunacaq", - Amina Mohammed bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   WUF13  


Bizi "telegram"da izləyin