Amina Mohammed: "BMT WUF13-ə verdiyi böyük töhfəyə görə Azərbaycana minnətdarlığını bildirir"

2026/05/ghgfh-1779443500.jpg
Oxunub: 216     15:33     22 May 2026    
BMT WUF13 forumunun uğuru üçün UN-habitat ilə yanaşı böyük töhfə vermiş Azərbaycana minnətdarlığını bildirir.

Ordu.az xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində bildirib.

"Mən WUF13-ün burada, Bakıda keçirilməsindəki müstəsna qonaqpərvərliyə və liderliyə görə Azərbaycan hökumətinə və xalqına səmimi minnətdarlığımı bildirmək istərdim", - Amina Mohammed bildirib.

O, həmçinin BMT-nin Azərbaycandakı əməkdaşlarına, UN-Habitat-a və bütün BMT sisteminə "bu forumun uğurunda əsas rol oynamış öz işinə dəyişməz sadiqliklərinə və peşəkarlıqlarına görə" təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Amina-Mohammed   WUF13  


Bizi "telegram"da izləyin