"Əl-Ərəbiyyə": ABŞ və İran arasında yeni razılaşma layihəsi 10 bənddən ibarətdir

2026/03/1772774767.jpg
Oxunub: 283     15:12     22 May 2026    
İran və ABŞ arasındakı yeni razılaşma layihəsi "bütün cəbhələrdə" hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur və o, 10 bənddən ibarətdir.

Ordu.az xəbər verir ki, sənədin mətnini "Əl-Ərəbiyyə" telekanalı yayımlayıb.

Saziş layihəsində quru, dəniz və hava daxil olmaqla, bütün cəbhələrdə dərhal, hərtərəfli və qeyd-şərtsiz atəşkəs; hərbi, mülki və ya iqtisadi infrastruktura zərbə endirməmək barədə qarşılıqlı öhdəlik; ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət etmək və daxili işlərinə qarışmamaq; Fars körfəzində, Hörmüz boğazında və Oman körfəzində gəmiçilik azadlığı və s. bəndlər nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin