Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimi keçirilir

2026/05/1779434195.jpg
Oxunub: 360     15:12     22 May 2026    
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimi başlayıb.

Ordu.az xəbər verir ki, mərasimdə Azərbaycan hökumətinin rəsmiləri, BMT nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrdən gəlmiş nümayəndə heyətləri, şəhərsalma və urbanistika sahəsində ekspertlər iştirak edirlər.

Qeyd edək ki, mayın 17-dən etibarən Bakıda keçirilən WUF13 çərçivəsində yüzlərlə sessiya, panel müzakirəsi, sərgi və yan tədbir təşkil olunub. Forum şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri hesab olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: WUF13   Forum  


Bizi "telegram"da izləyin