"WUF13-də media nümayəndələrinin rolu xüsusi əhəmiyyət daşıyır" - Anar Quliyev

2026/05/1779111902.jpg
Oxunub: 275     14:19     22 May 2026    
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası yalnız miqyası ilə deyil, həm də innovativ formatları, inklüziv iştirakı və məzmunlu nəticələri ilə yadda qalacaq.

Ordu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan rəsmi bağlanış mətbuat konfransında deyib.

A.Quliyev burada aparılan müzakirələr, yaradılan imkanlar və irəli sürülən həll yollarının konkret fəaliyyətlərə çevriləcəyinə və dünyada 3,5 milyard insanı əhatə edən mənzil və evsizlik problemlərinin həllinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

“WUF13 haqqında məlumatların ictimaiyyətə çatdırılmasında sizin - media nümayəndələrinin rolu xüsusi əhəmiyyət daşıyır. Forumun məqsədlərini, nailiyyətlərini və müzakirələrini işıqlandırmaqla siz onun mesajlarının qlobal ictimaiyyətə çatdırılmasına töhfə verirsiniz.

Ümid edirik ki, hər bir iştirakçı Bakını yalnız ilham almış şəkildə deyil, həm də daha güclü tərəfdaşlıqlar, daha aydın prioritetlər və yenilənmiş qətiyyətlə tərk edəcək. Bir daha təşəkkür edirəm və Meksikada görüşənədək”, - deyə milli koordinator mətbuat konfransındakı çıxışını yekunlaşdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anar-Quliyev  


Bizi "telegram"da izləyin