“Rosselxoznadzor” Ermənistandan tərəvəz və meyvə tədarükündə problemlər görür

2026/05/1779446729.jpg
Oxunub: 309     14:45     22 May 2026    
“Rosselxoznadzor” Ermənistandan tədarüklə bağlı yalnız güllər deyil, həm də tərəvəz və meyvələr üzrə problemlər qeydə alır”.

Ordu.az xəbər verir ki, bunu “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert “Vesti”nin efirində deyib.

“Problem ondadır ki, biz yalnız güllərlə bağlı deyil, həm də tərəvəz və meyvələrlə əlaqədar problemlərlə üzləşirik”, - deyə Dankvert bildirib.

O qeyd edib ki, Ermənistan müəssisələrində aparılan yoxlamalar daha bir həftə davam edəcək.

“Bu yoxlamanın nəticələrinə əsasən qərar qəbul edəcəyik”, - deyə xidmət rəhbəri əlavə edib.

Daha əvvəl “Rosselxoznadzor” 2026-cı il mayın 22-dən etibarən Ermənistandan güllərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlamışdı. Qurumdan bildirilib ki, respublikanın Qida Təhlükəsizliyi Müfəttişliyinin verdiyi zəmanətlərə baxmayaraq, Avrasiya İqtisadi Birliyi üçün karantin obyektlərinin aşkar edilməsi davam edir.

Dankvert əlavə edib ki, qurum bu məsələlərin həlli üçün Ermənistanın müfəttişliyi ilə əlaqə saxlayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rosselxoznadzor   Ermənistan  


Bizi "telegram"da izləyin