Erməni siyasi xadim: “Paşinyan seçki kampaniyasını açıq siyasi repressiyaya çevirir”

2026/05/1779445579.jpg
Oxunub: 332     14:24     22 May 2026    
“İqtidar siyasi təşviş içindədir”.

Ordu.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyası sədrinin mətbuat katibi İveta Tonoyan sosial şəbəkə hesabında yazıb.

Tonoyan bildirib ki, səhər saatlarından etibarən maskalı şəxslər və MTX əməkdaşları partiyanın deputatlığa namizədlərinin evlərinə və iş yerlərinə daxil olurlar.

“İki gündür Nikol Paşinyanın anons etdiyi proses nəticəsində dünən Andranik Tevanyana ittiham irəli sürüldü, bu gün isə onun ofisində axtarış aparılır.

Səhər tezdən maskalı şəxslər deputatlığa namizəd Martun Qriqoryanın evinə də daxil olublar. Dünən Gümrüdə keçirilən izdihamlı görüşlərdən sonra hakimiyyət siyasi sarsıntı yaşayır”, - deyə o bildirib.

Tonoyan qeyd edib ki, Paşinyanın əsassız ittihamlar və təhqirlərlə müşayiət olunan davranışı hakimiyyətin panika içində olduğunu göstərir.

“Hakim “Vətəndaş Müqaviləsi” partiyası seçki kampaniyası boyunca heç bir proqram təqdim etmir və yalnız küçə leksikası ilə siyasi rəqiblərinə hücum edir”, - deyə o vurğulayıb.

Tonoyan bildirib ki, “Çiçəklənən Ermənistan” Partiyası uzun illərdir fəaliyyət göstərir və partiya sədri Qaqik Tsarukyanın fəaliyyəti həmişə Ermənistanın və erməni xalqının maraqlarına xidmət edib.

O qeyd edib ki, partiyanın Avropa və Rusiya siyasi qüvvələri ilə əməkdaşlıq memorandumları mövcuddur və bu əməkdaşlıq Ermənistanın beynəlxalq nüfuzunun artırılmasına xidmət edib.

“Baş verənləri seçki prosesinin ən gərgin mərhələsində müxalif siyasi qüvvələrə qarşı məqsədli və sistemli hücum kimi qiymətləndiririk”, - deyə Tonoyan bildirib.

O, beynəlxalq təşkilatları və Ermənistandakı diplomatik nümayəndələri də baş verən proseslərə diqqət yetirməyə çağırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Tonoyan  


Bizi "telegram"da izləyin