Ordu.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən WUF13-ün rəsmi bağlanış mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əsas məsələ gündəliyi müəyyən etmək deyil, onu həyata keçirmək və mənzili insan ləyaqəti ilə dayanıqlı inkişafın mərkəzinə yerləşdirməkdir:
"WUF13 şəhər transformasiyası naminə qlobal koalisiyanı daha da gücləndirdi. Forumun uğuru yalnız burada müzakirə etdiklərimizlə deyil, bundan sonra şəhərlərdə, icmalarda, milli və qlobal siyasətlərdə görüləcək işlərlə ölçüləcək.
Biz Bakını yenilənmiş qətiyyət, daha güclü tərəfdaşlıqlar və öhdəlikləri real fəaliyyətə çevirmək məsuliyyəti ilə tərk edirik. Bu dinamikanı 2028-ci ildə Mexiko şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyasına daşıyacağıq. Ümid edirik ki, o vaxta qədər hər kəs üçün adekvat mənzil təminatı istiqamətində real irəliləyişlər görəcəyik".
Ordu.az