“Bakı Fəaliyyətə Çağırış” sənədi WUF13-ün ən mühüm hadisəsidir - Rossbax

2026/05/Ekran-1779267827.jpg
Oxunub: 351     13:48     22 May 2026    
Bakıda keçirilən müzakirələr aydın mesaj verdi: mənzil məsələsi torpaq, infrastruktur, iqlim fəaliyyəti, maliyyələşmə və idarəetmə ilə əlaqələndirilmiş inteqrə olunmuş şəhər siyasətinin mərkəzində dayanmalıdır.

Ordu.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən WUF13-ün rəsmi bağlanış mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, WUF13-ün kollektiv səsini əks etdirən “Bakı Fəaliyyətə Çağırış” sənədinin hazırlanması bu forumun ən mühüm hadisəsidir:

"Bu həftə ərzində ön plana çıxan əsas prioritetlər bunlardır:

Mənzil böhranının miqyasının qəbul edilməsi və milyardlarla insanın hələ də adekvat mənzildən məhrum olduğunu nəzərə alaraq mərhələli yanaşmalardan daha geniş və sistemli həllərə keçilməsi;
Mənzil sistemlərinin və maliyyələşmənin yenidən balanslaşdırılması;
Qeyri-formal yaşayış məntəqələrinin yaxşılaşdırılması, iqlimə davamlı mənzillər və icma əsaslı yanaşmalar kimi uğurlu təcrübələrin əsas siyasət və investisiya istiqamətlərinə inteqrasiyası;
Yerli fəaliyyətin və tərəfdaşlıqların gücləndirilməsi, şəhərlərin, icmaların və yerli hakimiyyətlərin milli və beynəlxalq tərəfdaşlarla birlikdə həllərin geniş miqyasda tətbiqində mərkəzi rolunun möhkəmləndirilməsi;
İqlimə davamlı və inklüziv şəhər transformasiyasının təşviqi, mənzil sistemlərinin həm iqlim dəyişmələrinin qarşısının alınmasına, həm də uyğunlaşma tədbirlərinə xidmət etməsi, eyni zamanda ən həssas qrupların qorunması və sosial kənarlaşdırmanın qarşısının alınması.
“Bakı Fəaliyyətə Çağırış” sənədi bu prioritetlərin qlobal proseslər və platformalar çərçivəsində irəlilədilməsi üçün əsas istinad nöqtəsi olacaq. Biz bu nəticələri BMT-Habitatın hökumətlərarası fəaliyyətinə, o cümlədən adekvat mənzil, şəhər dayanıqlılığı və dayanıqlı inkişaf çərçivələri ilə bağlı davam edən müzakirələrə daxil edəcəyik.

Bu nəticələr həmçinin qlobal iqlim və inkişaf proseslərində iştirakımıza istiqamət verəcək və mənzil ilə şəhərlərin Dayanıqlı İnkişaf Məqsədlərinin, Paris Sazişinin və Yeni Şəhər Gündəliyinin icrasında mərkəzi rolunu qoruyub saxlamasını təmin edəcək", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rossbax   WUF13  


Bizi "telegram"da izləyin