UN-Habitat WUF13-ə uğurla ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib

2026/05/Ekran-1779084232.jpg
Oxunub: 425     13:45     22 May 2026    
Azərbaycan Respublikasının hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Bakıda uğurla ev sahibliyi etdiyinə görə dərin təşəkkürümü bildirirəm.

Ordu.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən WUF13-ün rəsmi bağlanış mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bu həftə ərzində nümayiş etdirilən yüksək qonaqpərvərlik, təşkilatçılıq və lide rlik xüsusi qeyd olunmalıdır:

"WUF13-ü şəhərlərin gələcəyi üçün kritik bir məqamda həqiqətən qlobal toplantıya çevrildi. 176-dan çox ölkədən 57 mindən artıq iştirakçı, o cümlədən 3 mindən çox onlayn iştirakçı forumda yer aldı. "Urban Expo" zonası 1 000-dən çox ziyarət qəbul etdi və iştirakçıların 55 faizini qadınlar və qızlar təşkil etdi.

Biz 11 dövlət başçısını, 9 yüksək səviyyəli qonağı, 88 naziri və 76 nazir müavinini, 130 meri qəbul etdik və ümumilikdə 579 sessiya keçirildi. "Urban Expo" çərçivəsində 260 sərgi iştirakçısı, innovator və həll təklif edən tərəfdaş iştirak etdi və ekspo 74 mindən çox ziyarətçi topladı. Forum həftəsi ərzində 865 media nümayəndəsi tədbiri işıqlandırdı", - icraçı direktor əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UN-Habitat   WUF13   Azərbaycan  


Bizi "telegram"da izləyin