Ordu.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O, Azərbaycan hökumətinə tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə minnətdarlığını bildirib:
"Bu həftə ərzində nümayiş etdirilən yüksək qonaqpərvərlik, təşkilatçılıq və liderlik təqdirəlayiqdir. Həmçinin son günlər ərzində göstərdikləri enerji, fəallıq və ortaq qətiyyətə görə bütün iştirakçılara - hökumətlərə, şəhərlərə, tərəfdaşlara, ekspertlərə, vətəndaş cəmiyyətinə, gənclərə və icmalara təşəkkür edirəm. Bu sessiya bir daha göstərdi ki, WUF13 şəhərlərin gələcəyi naminə kollektiv fəaliyyət üçün həqiqətən qlobal bir platformadır".
Ordu.az