“Bu mövzu bizim üçün bir qədər narahatdır, çünki biz qonşuyuq, çox yaxşı münasibətlərimiz və strateji tərəfdaşlığımız var. Buna görə də bizi Ermənistanla müqayisə etmək düzgün deyil və biz, əlbəttə ki, bunu etməyəcəyik, bu düzgün olmazdı”, - deyə Gürcüstanın Baş naziri bildirib.
İrakli Kobaxidze Nikol Paşinyana xüsusi təşəkkür edib və onun “Gürcüstan olmadan Ermənistanın Avropa İttifaqına üzvlüyünün təsəvvüredilməz olduğu” fikrini sitat gətirib.
Gürcüstanın Baş naziri sensasion açıqlama verib. Onun sözlərinə görə, Gürcüstanın qonşusu olan bir avropayönlü ölkə “Abxaziya ərazisi vasitəsilə öz spesifik məhsullarını Rusiyaya ixrac edir”, halbuki Brüsseldə “anti-Avropa” adlandırılan Gürcüstandır.
Kobaxidze hansı ölkənin Abxaziya ərazisi vasitəsilə “spesifik məhsullar” ixrac etdiyini dəqiqləşdirməyib, amma başa salıb ki, belə daşımalar Gürcüstan hakimiyyətinin nəzarət etdiyi ərazilərdən həyata keçirilmir.
Bu açıqlama Ermənistan-Avropa İttifaqı münasibətləri baxımından da mühüm əhəmiyyət daşıyır. Media orqanları Ermənistan iqtisadiyyatının artımını “ikili təyinatlı malların Rusiyaya ixracı” ilə əlaqələndirirlər.
Kobaxidzenin Abxaziya ərazisi vasitəsilə Rusiya ilə əlaqə barədə açıqlaması, yəqin ki, dolayısı ilə Ermənistan müxalifətinə ünvanlanıb. Müxalifət nümayəndələri seçki kampaniyası dövründə “Abxaziya dəmir yolu”nun fəaliyyətə başlaması və bununla Ermənistanın blokadadan çıxarılması mövzusunu aktuallaşdırıblar. Kobaxidze başa salıb ki, Abxaziya ərazisi vasitəsilə istənilən kommunikasiya qanunsuzdur.
Aqil Məmmədov
Ordu.az